Pakistanlı kosmonavt ilk dəfə Çinin orbital stansiyasına yola düşəcək

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 09:31
Pakistanlı kosmonavt ilk dəfə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanlı kosmonavt 2026-cı ildə "Şençjou-24" missiyasının tərkibində Çin kosmik stansiyasına yola düşən ilk əcnəbi olacaq.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Çinin Pilot Kosmik Uçuşları Proqramı İdarəsinə istinadən məlumat yayıb.

O, missiyada faydalı yük üzrə mütəxəssis qismində iştirak edəcək. Uçuş "Bir kəmər, bir yol" təşəbbüsü üzrə ikitərəfli əməkdaşlıq çərçivəsində baş tutacaq.

Kosmonavtın adı hələ ki, açıqlanmır. Sentyabr ayında Pakistan kosmik agentliyinin nümayəndəsi "Reuters"ə bildirib ki, pilotlar Zişan Əli və Xürrəm Daud bir neçə ay Pekində uçuşa hazırlıq keçiblər.