BFB-də daxili biznes proseslərinin avtomatlaşdırılmasına start verilib

Maliyyə
  • 31 mart, 2017
  • 10:39
BFB-də daxili biznes proseslərinin avtomatlaşdırılmasına start verilib
Report

Bakı. 31 mart. REPORT.AZ/ “Bakı Fond Birjası” (BFB) QSC-nin fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə BFB daxilində olan biznes proseslərinin avtomatlaşdırılması və elektron sənəd dövriyyəsinin təşkilinə başlanılıb.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuş avtomatlaşdırma şirkət daxili layihələrin idarə edilməsi, elektron sənəd dövriyyəsinin təşkili, hesabatlılıq, daxili resursların və biznes proseslərinin effektiv idarə edilməsi, daxili nəzarət sahələrini əhatə edəcək.

44 - Tezliklə