"Bank VTB (Azerbaijan)"ın “Əcəmi” filialı Qurban bayramında işləyəcək
- 21 avqust, 2018
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 22-23-də - Qurban bayramı günlərində Cavadxan küç. 30A (“Memar Əcəmi” metrostansiya yaxınlığı) ünvanında yerləşən bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı müştərilərə xidmət göstərməyə davam edəcək. Bankın ofisi saat 10:00-dan 16:00-dək çalışacaq.
Bayram günlərində müştərilər bir sira bank xidmətlərindən yararlana bilər:
•cari hesabdan vəsaitin verilməsi;
•sürətli pul köçürmələri (vəsaitin göndərilməsi/alınması);
•cari hesabların açılışı;
•plastik kartların sifarişi/verilməsi;
•cari (kart) və depozit hesabın artırılması.
Bundan başqa, bankın müştəriləri kreditlərin ödənişləri və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişləri, eləcə də ödəniş tapşırıqları, İnternet və Mobil-bankçılıq xidmətlərinə qoşulmaq üçün ərizələrin verilməsi və digər xidmətləri rahatlıqla həyata keçirə bilər.