"Bank Standard"ın əmlakı icarəyə verilir

Maliyyə
  • 13 sentyabr, 2022
  • 08:00
Bank Standardın əmlakı icarəyə verilir

Sabah ləğv prosesində olan "Bank Standard" QSC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Ağcabədi rayonunun Rəncbərlər kəndindəki 1 300 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir.

Hərracda iştirak üçün ərizələr sabah günün sonuna qədər qəbul olunur. Hərrac ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.