“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək

Maliyyə
  • 19 dekabr, 2024
  • 05:35
“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək

Yanvarın 22-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2024-cü il üzrə maliyyə nəticələrinin müzakirə edilməsi, mükafatların ödənilməsi, eləcə də xalis mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 18,46 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,22 %-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə