"Bank Respublika"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 06 mart, 2025
- 19:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 13-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Bank Respublika" ASC-nin 5 milyon ABŞ dolları dəyədində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
İstiqrazlar 96 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent istiqrazları yerləşdirildiyi tarixdən 3 il sonra geri ala bilər.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 18,46 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,22 %-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.