"Bank Respublika" 5 milyon dollarlıq istiqraz buraxır

Maliyyə
  • 04 mart, 2025
  • 16:14
Bank Respublika 5 milyon dollarlıq istiqraz buraxır

"Bank Respublika" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 5 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 96 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent istiqrazları yerləşdirildiyi tarixdən 3 il sonra geri ala bilər. 

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 18,46 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,22 %-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.