"Bank of Baku"dan sərfəli şərtlərlə 20.000 AZN-dək Nağd Pul Krediti

Maliyyə
  • 12 mart, 2018
  • 11:40
Bank of Bakudan sərfəli şərtlərlə 20.000 AZN-dək Nağd Pul Krediti

Bakı. 12 mart. REPORT.AZ/ Fəaliyyəti dövrü ərzində hər zaman müştərilərinin ehtiyac və istəklərinə önəm verən "Bank of Baku" ASC məhz onlar üçün Nağd pul krediti üzrə məbləği 20.000 AZN-dək artırdı, şərtlərini isə daha da SƏRFƏLİ etdi.

Belə ki, Bank of Baku-nun müştəriləri müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan 20.000 AZN-dək Nağd Pul Kreditini daha aşağı faizlə, daha uzun müddətə və daha ASAN şərtlərlə əldə edə bilərlər.

Bank of Baku-dan sadələşdirilmiş YENİ və daha SƏRFƏLİ şərtlər:

- Kredit məbləği 20.000 AZN-dək artırıldı;

- İllik faiz dərəcəsi . endirildi;

- Ödəniş müddəti 48 ayadək uzadıldı;

Əmək haqqı tələbi yoxdur – Bank bütün sahələrdə çalışan şəxslər üçün minimal əmək haqqı tələbini ləğv etdi;

ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – Aylıq gəlirdən asılı olaraq 15.000 AZN-dək kredit zaminsiz verilə bilər;

NÖVBƏSİZ çevik rəsmiləşmə;

Rəsmiləşdirmə komissiyası isə, sadəcə, 1% təşkil edir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan 20.000 AZN-dək nağd pul kreditindən Azərbaycan Respublikası ərazində yaşayan və qeydiyyatda olan hər kəs faydalana bilər.

Qeyd edək ki, maaş kartı digər banklara aid olan müştərilər də Bank of Baku-ya müraciət edə və 20.000 AZN-dək nağd pul kreditini əldə edə bilərlər.

Sərfəli şərtlər arasında təqdim olunan yeniliklərdən biri də son iş yerində staj tələbinin minimum 6 aydan 3 ayadək endirilməsidir.

"Bank of Baku"nun təqdim etdiyi bu və ya digər kredit məhsulları haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə, habelə "Bank of Baku"nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com və "Facebook" səhifəsinə www.facebook.com/bankofbaku daxil olmaqla əldə etmək olar.