"Bank BTB" xidmət şəbəkəsini genişləndirir

Maliyyə
  • 11 noyabr, 2016
  • 12:17
Bank BTB xidmət şəbəkəsini genişləndirir

Bakı. 11 noyabr. REPORT.AZ/ "Bank BTB" ASC yeni şöbəsini müştərilərinin istifadəsinə verib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, şöbə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 128P ünvanında yerləşir. Şöbədə vətəndaşlar kredit götürmək, depozit yerləşdirmək, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər.