"Bank BTB"nin depozit portfeli 7 %-ə yaxın azalıb
- 15 yanvar, 2026
- 17:40
"Bank BTB" ASC 2025-ci ili 404 min manat zərərlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,1 dəfə azdır.
Ötən il "Bank BTB"nın əməliyyat gəlirləri 39,949 milyon manat (əvvəlki ilə nisbətən 7,2 % çox), əməliyyat xərcləri 34,553 milyon manat (8,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,969 milyon manat (2,2 dəfə çox), gözlənilməz xərcləri isə 2,831 milyon manat (43,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bank BTB"nin aktivləri 356,822 milyon manat olub ki, bu da illik müqayisədə 1,7 % azdır. Bunun 265,725 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,6 % kiçilib.
Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 1,8 % azalaraq 305,897 milyon manat, o cümlədən depozit portfeli 6,7 % azalaraq 135,498 milyon manat, balans kapitalı isə 1,1 % azalaraq 50,925 milyon manat olub.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.