Bakı Fond Birjasının dövriyyəsi illik 2,4 dəfə artıb

Maliyyə
  • 11 yanvar, 2018
  • 14:17
Bakı Fond Birjasının dövriyyəsi illik 2,4 dəfə artıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13,619 mlrd. manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,4 dəfə çoxdur.

Bu müddətdə bağlanmış əqdlərin sayı isə 79,2% artaraq 87 334-ə çatıb.

BFB-nin dövriyyəsinin 43,6%-i, yaxud 5,933 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabata əsasən, törəmə alətlər bazarı 2016-cı illə müqayisədə 33,6% artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,3 dəfə artaraq 6,067 mlrd. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 6 dəfə artaraq 709,6 mln. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 858,3 mln. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 25 dəfə artaraq 51,6 mln. manata çatıb.

44 - Tezliklə