​Azərbaycanda banklarda olan depozitlərin həcmi 25% artıb

Maliyyə
  • 07 sentyabr, 2014
  • 23:37
​Azərbaycanda banklarda olan depozitlərin həcmi 25% artıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin avqustun 1-nə 14 558,1 mln. manat təşkil edib. Report-un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,9% artıb. O cümlədən, ilin əvvəlindən depozitlərin həcmi 16,71% artıb.

Depozitlərin tərkibində 6 940,0 mln. manatı və ya 47,6%-i ev təsərrüfatların depozitlərinin (əmanətlər) payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin avqustun 1-nə nisbətən 15,3% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin avqustun 1-nə 7 618,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 35,2% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 083,0 mln. manatı və ya 53,6%-i maliyyə təşkilatların depozitlərinin, 3 535,1 mln. manatı və ya 46,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür. 

44 - Tezliklə