Azərbaycan bank sisteminin məcmu aktivləri artıb

Maliyyə
  • 02 oktyabr, 2014
  • 06:42
Azərbaycan bank sisteminin məcmu aktivləri artıb

Bakı. 2 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü il sentyabrın 1-nə 23,547 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 4,628 mlrd. manat və ya 24,5% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən bank aktivlərinin həcmi 3,162 mlrd. manat və ya 15,5%, avqust ayında isə 258 mln. manat və ya 1,1% artıb.

Aktivlərin tərkibində bankların məcmu kredit qoyuluşları sentyabrın 1-nə 16,807 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 2,744 mlrd. manat və ya 19,5% çoxdur.

Göründüyü kimi, kreditlər bank aktivlərinin 71,4%-ni təşkil edir. Ötən ilin sentyabrın 1-də bu göstərici 74,3%, cari ilin əvvəlində isə 73,5% olub.