"Azpul" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 31 may, 2024
  • 06:53
Azpul BOKT maliyyə vəziyyətini açıqlayıb

"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 28,437 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8 dəfə çoxdur.

Ötən il "Azpul"un vergiyəqədərki mənfəəti 38,117 milyon manat (8,6 dəfə çox), mənfəəət vergisi ödəmələri isə 9,68 milyon manat (11 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 50,887 milyon manat olub ki, bu da illik müqayisədə 5,4 dəfə çoxdur. Bunun 28,032 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 3,75 dəfə böyüyüb.

Hesabat dövründə "Azpul"un öhdəlikləri 2,3 dəfə artaraq 18,839 milyon manata, balans kapitalı isə 8,9 dəfə artaraq 32,047 milyon manata çatıb.

Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.