"Azpul" BOKT fəaliyyətinin ilk ilini zərərlə başa vurub

Maliyyə
  • 02 iyun, 2022
  • 08:28
Azpul BOKT fəaliyyətinin ilk ilini zərərlə başa vurub

"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2021-ci ili 74 min manat zərərlə başa vurub.

"Report" bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 1,6 milyon manat olub. Bunun 770 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat tarixinə BOKT-un öhdəlikləri 1,53 milyon manat, balans kapitalı isə 70 min manat olub.

Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.