“AzNar” səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 22 sentyabr, 2020
- 05:32
Noyabrın 6-da, saat 16:00-da Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göyçay şəhəri, Natavan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalının nəzərdən keçirilməsi, Direktorlar Şurasının və icra orqanının tərkibinə yenidən baxılması, cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının müzakirə olunması məsələləri daxildir.
Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.
Son xəbərlər
08:18
Bakının bəzi yollarında tıxac yaranıb
İnfrastruktur08:02
İstanbulda iki avtomobil toqquşub, 9 nəfər xəsarət alıb
Region07:45
Foto
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB-3
Hadisə07:42
Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika07:31
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
Digər ölkələr07:07
"Axios": Tramp Nyu-Yorkda Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcək
Digər ölkələr06:42
İzmirdə 31 qanunsuz miqrant saxlanılıb
Region06:12
"Politico": Fon der Lyayenin təhlükəsizlik təşəbbüsləri NATO-da narahatlıq doğurur
Digər ölkələr05:50