"Politico": Fon der Lyayenin təhlükəsizlik təşəbbüsləri NATO-da narahatlıq doğurur

Digər ölkələr
  • 17 sentyabr, 2026
  • 06:12
Politico: Fon der Lyayenin təhlükəsizlik təşəbbüsləri NATO-da narahatlıq doğurur

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təhlükəsizlik sahəsindəki təşəbbüsləri NATO-da narahatlıq doğurur.

"Report" xəbər verir ki, bu barədə "Politico" alyansın diplomatlarına istinadən yazır.

Məqalədə qeyd olunur ki, "müttəfiqlər təkliflər barədə Avropa İttifaqı (Aİ) tərəfindən əvvəlcədən rəsmi olaraq məlumatlandırılmayıblar". Alyansda hesab edirlər ki, Ursula fon der Lyayenin ideyaları "özündə təkrarlanma riski daşıyır".

Bundan əvvəl fon der Lyayen təhlükəsizlik məsələləri üzrə xüsusi şura, eləcə də Aİ-nin yeni müdafiə strategiyasını formalaşdırmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rütte və Avropa Komissiyasının rəhbəri vurğulayıblar ki, Avropa ölkələrinin öz təhlükəsizliklərinə görə məsuliyyəti ABŞ-yə həvalə edə bildikləri dövr başa çatıb. Onların sözlərinə görə, Avropa alyansda iştirakı çərçivəsində Birləşmiş Ştatlara güclü şəkildə arxalanmağa başlayıb.