“Azkredit” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 30 may, 2023
  • 12:46
“Azkredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,32 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 0,8% azdır.

Ötən il “Azkredit”in vergiyəqədərki mənfəəti 1,651 milyon manat (əvvəlki ilə nisbətən 0,7% az), mənfəət vergisi ödəmələri isə 330 min manat (0,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azkredit”in aktivləri 1,88 milyon manat olub ki, bu da illik müqayisədə 5% azdır. Bunun 972 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 7,5 dəfə böyüyüb.

Hesabat dövründə “Azkredit”in öhdəlikləri 16,2% azalaraq 326 min manata, balans kapitalı isə 2,3% azalaraq 1,555 milyon manata düşüb.

Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Qurban Əsgərovdur.

44 - Tezliklə