“Azinvestkredit” BOKT-un zərəri 49% artıb

Maliyyə
  • 02 iyun, 2022
  • 11:35
“Azinvestkredit” BOKT-un zərəri 49% artıb

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 61 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 48,8% çoxdur.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 440 min manat olub ki, bu da illik müqayisədə 12 % azdır. Bunun 376 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 23,6% kiçilib.

Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri demək olar ki, dəyişməyərək 2 min manat qalıb, balans kapitalı isə 12,2 % azalaraq 438 min manata düşüb.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.