“Azinvestkredit” BOKT-un zərəri 3 dəfə artıb
- 05 may, 2023
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 181 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 258 min manat olub ki, bu da illik müqayisədə 41,4 % azdır. Bunun 231 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 38,6% kiçilib.
Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri demək olar ki, dəyişməyərək 2 min manat qalıb, balans kapitalı isə 41,3 % azalaraq 257 min manata düşüb.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.