"Azfinance İnvestisiya Şirkəti" metal məmulatları istehsalçısındakı payını azaldıb
- 02 noyabr, 2023
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"AzeSteelCompany” ASC-nin səhmlərinin müvafiq olaraq 65,1 %-nə və 19,8 %-nə nəzarət edən "Azfinance İnvestisiya Şirkəti" QSC və Cəmaləddin İsmayılov paylarını azaldıblar.
"Report" xəbər verir ki, birinci payını 61,6 %-ə, ikinci isə 18,5 %-ə endirib.
Onların payını adı açıqlanmayan kənar investor - fiziki şəxs alıb və ümumilikdə 4,8 % paya malik olub.
Səhmlərin qalan 14,5 %-lik hissəsi əvvəlki kimi Kənan Ağayevə (7 %), Aysel Səfərəliyevaya (4,8 %) və Ömər Hüseynova (3,3 %) məxsusdur.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.
"Azfinance İnvestisiya Şirkəti"nə gəlincə isə, o həm də “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-nə nəzarət edir. İnvestisiya şirkətinin İdarə Heyətinin sədri İntiqam Səfərəliyevdir.