“Azəri Star Mikromaliyyə" BOKT ötən ili zərərlə başa vurub
Maliyyə
- 06 may, 2024
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 42 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 22,2 % azdır.
Bu il yanvarın 1-nə “Azəri Star Mikromaliyyə”nin aktivləri 279 min manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Bunun 254 min manatı müştərilərə verilmiş kreditdir. 2023-cü ildə BOKT-un kredit portfeli 16 % böyüyüb.
Hesabat dövründə "Azəri Star Mikromaliyyə”nin öhdəlikləri 3 dəfə artaraq 15 min manat, balans kapitalı isə 6,9 % artaraq 263 min manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə azalaraq 305 min manat olub.
Xatırladaq ki, "Azəri Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb.
Son xəbərlər
00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37
"Marca": Ronaldu Portuqaliya yığmasında karyerasını başa vura bilər
Futbol00:24
Nəriman Axundzadənin qol vurduğu matçda Azərbaycanın U-21 millisi Şotlandiyaya məğlub olub
Futbol00:08
Nepalda qar uçqunu nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr23:47
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
Digər ölkələr23:30
Zimbabvedə helikopter qəzasında 6 nəfər ölüb
Digər ölkələr23:09
Zığ şosesində yük maşını aşıb, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb
Hadisə22:52
"Sabah"ın baş məşqçisi Lazar Spasiç: "Azərbaycan Basketbol Liqasında bu mövsüm rəqabət böyük olacaq"
Komanda22:48