“Azəri Star Mikromaliyyə” BOKT-un zərəri 71% azalıb

Maliyyə
  • 24 iyul, 2017
  • 05:39
“Azəri Star Mikromaliyyə” BOKT-un zərəri 71% azalıb

Bakı. 24 iyul. REPORT.AZ/ “Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 651 min manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 71,9% çoxdur.

“Azəri Star Mikromaliyyə”nin aktivlərinin 96,1%-ni və yaxud 625 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 75,6% böyüyüb.

2016-cı ildə “Azəri Star Mikromaliyyə”nin cəmi öhdəlikləri 91,9 dəfə artaraq 350 min manat, cəmi kapitalı isə 19,8% azalaraq 300 min manat olub.

Ötən il “Azəri Star Mikromaliyyə”nin faiz gəlirləri 67 min manat (əvvəlki ilə nisbətən 62,2% az), faiz xərcləri cəmi 0,7 min manat (91,1% az), qeyri-faiz gəlirləri 4 min manat (88,2% az), qeyri-faiz xərcləri isə 156 min manat (67,3% az) təşkil edib.

2016-cı ildə BOKT kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 26,5 az – 12 min manat yönəldib və ili 74 min manat xalis zərərlə (71% az) başa vurub.

Xatırladaq ki, “Azəri Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb, Bərdə rayonunda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 310 min manatdır.