Azərbaycanın TOP-10 dövlət şirkətinin qeyri-neft ixracı 1 milyard dolları ötüb
- 30 dekabr, 2025
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (927,624 milyon ABŞ dolları) ilə müqayisədə 112,9 milyon ABŞ dolları və yaxud 12,2 % artaraq 1,04 milyard ABŞ dolları təşkil edib.
"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 34,4 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
| Şirkət | 2025-ci ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | 2024-cü ilin yanvar-noyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | Faiz fərqi |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 358,2 | 382,7 | -6,40% |
| "SOCAR Polymer" MMC | 242,8 | 232,7 | 4,34% |
| "AzerGold" QSC | 205,9 | 132,4 | 55,51% |
| "Azəralüminium" MMC | 130,1 | 126,7 | 2,68% |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 61,7 | 0 | - |
| "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC | 36 | 51,9 | -30,64% |
| "SOCAR-Dalğıc" MMC | 1,9 | 0 | - |
| "İstisu Mineral Su Zavodu" MMC | 1,7 | 0 | - |
| "Azərbaycan Dəmir Yolları" QSC | 1,5 | 0,268 | 459,70% |
| Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti | 0,68 | 0,956 | -28,87% |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb.