​Azərbaycanın qeyri-bank kredit təşkilatı istiqraz emissiyasına başlayır

Maliyyə
  • 17 iyun, 2016
  • 06:54
​Azərbaycanın qeyri-bank kredit təşkilatı istiqraz emissiyasına başlayır

Bakı. 17 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Finoko" ASC - bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Turan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 610 istiqrazın tədavülə buraxılmasını nəzərdə tutur. İstiqrazların illik gəlirliliyi 14%, tədavül müddəti isə 3 ildir. Faizlər üç aydan bir ödəniləcək.

Bu ayın sonuna başlanması planlaşdırılan yerləşdirmənin anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.