Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 % artıb

Maliyyə
  • 09 sentyabr, 2026
  • 11:18
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq, o cümlədən 24,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,9 % artıb.

Məhsul qruplarının adları 2026-cı ilin yanvar-avqust ayları, milyon manat 2026-cı ilin yanvar-avqust ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən
Pərakəndə ticarət dövriyyəsi 44 256,1 +3,9%
o cümlədən:

ərzaq məhsulları

22 176,1 +1,5%
içkilər və tütün məmulatları 1 911,4 +1,4%
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 613,8 +4,3%
elektrik malları və mebellər 2 155,5 +8,9%
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 694,3 +33,4%
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 1 212,9 +21,6%
avtomobil yanacağı 2 701,1 +4,3%
digər qeyri-ərzaq malları 7 791,0 +5,2%

8 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 12,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.