Azərbaycanın kollektor agentliyi xalis mənfəətini 36 %-ə yaxın artırıb
- 20 may, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC 2025-ci ili 6,327 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" agentiyə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 35,7 % çoxdur.
Ötən il "BOA Agency"nin vergiyəqədərki mənfəəti 7,909 milyon manat (əvvəlki ilə nisbətən 35,7 % çox), mənfəət vergisi ödəmələri isə 1,582 milyon manat (35,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "BOA Agency"nin aktivləri 239,019 milyon manat olub ki, bu da illik müqayisədə 25,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 25,6 % artaraq 237,444 milyon manata çatıb, balans kapitalı isə 15,05 % azalaraq 1,575 milyon manata düşüb.
Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40 %-i Rüstəm Hacıyevə, 40 %-i İlkin Qəribliyə, 20 %-i isə Ramin Hacıyevə məxsusdur.