Azərbaycanın iki bankı qarşılıqlı əməkdaşlığa son qoyub

Maliyyə
  • 06 yanvar, 2022
  • 08:17
Azərbaycanın iki bankı qarşılıqlı əməkdaşlığa son qoyub

Bu gündən “Bank VTB Azərbaycan” və “Yelo Bank” ASC-lər bankomat və POS terminallarından qarşılıqlı olaraq komissiyasız istifadəni dayandırıb.

"Report" bu barədə "Bank VTB Azərbaycan"a istinadən xəbər verir.

Məlumata görə, bundan sonra "Yelo Bank"ın kartları ilə bankomatlardan nağd pul çıxararkən debet kartlar üçün - 1,5% (min.2 AZN / USD / EUR / 100RUB), kredit kartları üçün - 5% (min. 3 AZN) komissiya tutulacaq.

Bundan əlavə POS terminallardan nağd pul çıxararkən debet kartları üçün - 1,5% (min.5 AZN / USD / EUR / 250RUB), kredit kartları üçün - 5% (min 5 AZN) komissiya hesablanacaq.

44 filmi