Azərbaycanın enerji şirkəti 10 milyon manatlıq istiqraz buraxır
- 14 oktyabr, 2024
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Global Energy Solutions" MMC "Bakı Fond Birjası" QSC-də (BFB) 10 milyon manatlıq istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, “Global Energy Solutions" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,6 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla "Nobel Energy Limited" və 10 % payla "Nobel Oil İnvestment LTD" şirkətləridir. Bu şirkətlərə Vüqar Səmədli rəhbərlik edir.