Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı artıb
- 27 noyabr, 2021
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 milyard 415,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1 ilə müqayisədə 2,9 %, ilin əvvəli ilə müqayisədə 13 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Kredit qoyuluşunun 12 milyard 845,9 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 9,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 151,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 18,1 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18 %-dən 19,2 %-ə qalxıb.
Oktyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 418,6 milyon manat olub. Bu isə illik müqayisədə 11,2 % çoxdur. İl ərzində BOKT-ların iqtisadiyyata ümumi kredit qoyuluşundakı xüsusi çəkisi isə (2,5 %) dəyişməyib.
Qeyd edək ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.