Azərbaycanın bank sektoru ilin əvvəlindən 16%-dən çox kiçilib
- 11 dekabr, 2017
- 05:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun cəmi aktivləri 2017-ci il noyabrın 1-nə 26 311,6 mln. manat təşkil edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 16,3% azdır.
Bankların aktivlərinin 38,2%-ni və yaxud 10 056,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4% kiçilib.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4% azalaraq 23 216,6 mln. manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 15 640,4 mln. manata düşüb. Bunun 7 250,2 mln. manatı fiziki şəxslərin, 8 390,2 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-oktyabr aylarında əhalinin əmanətləri 2,45%, şirkətlərin vəsaitləri isə 6,55% azalıb.
İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 66,6% azalaraq 566,6 mln. manata düşüb.
Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 62,1% artaraq 3 095 mln. manata çatıb.