Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfəyə yaxın artıb

Maliyyə
  • 15 oktyabr, 2021
  • 10:05
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 64,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 14,4 milyon dollar pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 dəfə və 23% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələrinin 7,8 milyon dollar sentyabr ayının payına düşüb. Bu illik müqayisədə 5,2% çoxdur. Ötən ay Azərbaycandan qonşu ölkəyə daxil olan pulların ümumi köçürmələrdəki payı 3,7 % olub.

Hesabat ayında Gürcüstandan Azərbaycana pul köçürmələri isə 1,8 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən təxminən 13% çoxdur.

Sentyabrda Gürcüstana xarici ölkələrdən 209,7 milyon dollar (+8,8%), qonşu ölkədən xaricə isə 29,2 milyon dollar (+16,6%) pul köçürülüb.

44 - Tezliklə