Azərbaycandakı sığorta şirkətlərinin ödənişlərin dinamikasına görə renkinqi (2016-cı il)
- 24 yanvar, 2017
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 yanvar. REPORT.AZ/ "Report" İnformasiya Agentliyi Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2016-cı ildəki ödənişlərinin illik dinamikasına görə (2015-ci ilə nisbətən) renkinqini təqdim edir:
| № | Sığorta şirkətləri | Ödənişlərin illik dinamikası |
| 1 | Silkway Insurance * | 4,18 dəfə |
| 2 | PASHA Life Insurance ** | 2,81 dəfə |
| 3 | Gunay Insurance *** | 2,72 dəfə |
| 4 | PASHA Insurance | 59,74% |
| 5 | Xalq Insurance | 24,37% |
| 6 | Azerinsurance | 22,80% |
| 7 | A-Group Insurance | 15,13% |
| 8 | Standard Insurance | 11,81% |
| 9 | Gala Life Insurance | 7,89% |
| 10 | Azinsurance | - 1,53% |
| 11 | Ata Insurance | - 16,29% |
| 12 | Ravan Insurance | - 63,39% |
| 13 | Bashak Inam Insurance | - 82,82% |
| 14 | Gala Insurance **** | - 100,00% |
| 15 | AXA Mbask ***** | - |
| 16 | Ateshgah Life Insurance ***** | - |
| 17 | Ateshgah Insurance ***** | - |
| 18 | Azerbaijan Industry Insurance ***** | - |
| 19 | Mega Insurance ***** | - |
| 20 | Baku Insurance ***** | - |
| 21 | Amrah Insurance ***** | - |
* "Silkway İnsurance" ASC-nin ödənişlərinin kəskin artması ötən il mayın 18-də Əfqanıstanda qəzaya uğramış "Silkway Airlines" MMC-yə məxsus "An-12" markalı yük təyyərəsinə görə sentyabrda verdiyi təxminən 2 mln. manatlıq sığorta ödənişi ilə bağlıdır;
** "PAŞA Həyat Sığorta" ASC-nin ödənişlərinin kəskin artması həyatın yaşam sığortası üzrə bağladığı müqavilələrin bir qisminin müddətinin başa çatması və buna görə müştərilərə sığorta ödənişi verməsi ilə bağlıdır;
*** “Günay Sığorta” ASC-nin ödənişlərinin kəskin artması ötən il iyunun 30-da "Buta Sığorta" ASC-nin aktivlərini alması və buna görə sığorta hadisələrinin kəskin artması ilə bağlıdır;
**** “Qala Sığorta”nın ödənişlərinin 100% azalmasına səbəb əvvəlki il şirkətdə sığorta hadisələrinin baş verməməsi və ödənişin verilməməsidir;
***** Bu sığorta şirkətləri ödənişlərini açıqlamayıb.