Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2023)
- 13 noyabr, 2023
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-oktyabr ayında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 15 927 484 995 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 6 480 575 085 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 3 759 504 767 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 2 741 618 550 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 2 247 952 555 “Assist Finance İnvestisiya şirkəti” ASC, 2 024 798 928 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 133 452 601 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 526 443 257 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 368 113 452 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 104 054 522 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 380 000 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 15 927 484 995 |
| 2 | ABB-İnvest | 6 480 575 085 |
| 3 | CPM-İnvest | 3 759 504 767 |
| 4 | Unicapital | 2 741 618 550 |
| 5 | Assist Finance | 2 247 952 555 |
| 6 | AzFinance | 2 024 798 928 |
| 7 | Capital Partners | 1 133 452 601 |
| 8 | Xalq Kapital | 526 443 257 |
| 9 | İnvest-Az | 368 113 452 |
| 10 | PSG Kapital | 104 054 522 |
| 11 | MFX Trading | 380 000 |
| 12 | Troni | - |