Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-mart, 2025)
- 03 aprel, 2025
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-mart aylarında üzvlərinin - 12 investisiya şirkətinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" birjaya istinadən xəbər verir ki, renkinqə 11 milyard 078 milyon 990 min 391 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 9 milyard 968 milyon 719 min 245 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 1 milyard 697 milyon 017 min 927 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 776 milyon 104 min 081 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 710 milyon 023 min 831 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 591 milyon 035 min 017 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 563 milyon 214 min 398 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 244 milyon 008 min 616 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 176 milyon 767 min 012 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 149 milyon 846 min 071 manatla “Troni İnvestisiya Şirkəti” QSC, 45 milyon 802 min 972 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 18 milyon 387 min 420 manatla “MFX-Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 11 078 990 391 |
| 2 | ABB-İnvest | 9 968 719 245 |
| 3 | Assist Finance | 1 697 017 927 |
| 4 | CPM-İnvest | 776 104 081 |
| 5 | Xalq Kapital | 710 023 831 |
| 6 | Unicapital | 591 035 017 |
| 7 | İnvest-Az | 563 214 398 |
| 8 | Capital Partners | 244 008 616 |
| 9 | CFI Financial | 176 767 012 |
| 10 | Troni | 149 846 071 |
| 11 | PSG Kapital | 45 802 972 |
| 12 | MFX Trading | 18 387 420 |