Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-mart, 2023)

Maliyyə
  • 05 aprel, 2023
  • 08:44
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-mart, 2023)

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-mart aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2 410 557 241 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 247 168 981 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 871 371 425 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 684 824 116 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 285 157 340 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 109 588 759 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 167 919 285 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 66 259 491 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 53 531 230 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 32 532 073 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 380 000 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

№

İnvestisiya şirkətləri

Əməliyyatların həcmi, AZN

1

Paşa Kapital

2 410 557 241

2

ABB-İnvest

1 247 168 981

3

Unicapital

871 371 425

4

CPM-İnvest

684 824 116

5

AzFinance

285 157 340

6

İnvest-Az

109 588 759

7

BTB Kapital

167 919 285

8

Capital Partners

66 259 491

9

Xalq Kapital

53 531 230

10

PSG Kapital

32 532 073

11

MFX Trading

380 000

12

Troni

-