Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-mart, 2018)

Maliyyə
  • 25 aprel, 2018
  • 10:47
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-mart, 2018)

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-mart ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 579,690 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.

Növbəti yerlərdə 1 462,131 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 1289,190 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 273,416 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 386,128 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 131,972 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

№ İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 1 579 689 534
2 Paşa Kapital 1 462 131 124
3 İnvest-Az 1 289 189 584
4 AzFinance 1 273 416 034
5 Xalq Kapital 386 127 796
6 PSG Kapital 131 972 224
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

44 filmi