Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2025)
- 03 iyul, 2025
- 15:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-iyun aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 24 459 931 084 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 16 813 625 046 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 2 891 962 775 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 1 916 374 880 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 712 809 319 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 1 186 966 155 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 100 402 751 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 648 247 523 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 305 078 762 manatla “Troni İnvestisiya Şirkəti” QSC, 189 755 176 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 136 858 840 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 120 329 744 manatla “MFX-Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 24 459 931 084 |
| 2 | ABB-İnvest | 17 774 309 726 |
| 3 | Assist Finance | 2 891 962 775 |
| 4 | CPM-İnvest | 1 916 374 880 |
| 5 | Xalq Kapital | 1 712 809 319 |
| 6 | Unicapital | 1 186 966 155 |
| 7 | İnvest-Az | 1 100 402 751 |
| 8 | Capital Partners | 648 247 523 |
| 9 | Troni | 305 078 762 |
| 10 | CFI Financial | 189 755 176 |
| 11 | PSG Kapital | 136 858 840 |
| 12 | MFX Trading | 120 329 744 |