Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2024)
- 08 iyul, 2024
- 06:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-iyun aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 14 087 024 352 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 7 744 180 949 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 2 995 010 235 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 1 767 055 819 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 518 667 848 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 297 134 347 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 499 335 587 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 495 794 334 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 271 959 043 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 171 007 748 manatla “MFX-Trading İnvestisiya Şirkəti” ASC, 105 275 343 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 1 990 556 manatla “Troni İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | PAŞA Kapital | 14 087 024 352 |
| 2 | ABB-İnvest | 7 744 180 949 |
| 3 | Assist Finance | 2 995 010 235 |
| 4 | Unicapital | 1 767 055 819 |
| 5 | CPM-İnvest | 1 518 667 848 |
| 6 | AzFinance | 1 297 134 347 |
| 7 | Capital Partners | 499 335 587 |
| 8 | İnvest-Az | 495 794 334 |
| 9 | Xalq Kapital | 271 959 043 |
| 10 | MFX Trading | 171 007 748 |
| 11 | PSG Kapital | 105 275 343 |
| 12 | Troni | 1 990 556 |