Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-fevral, 2022)
- 02 mart, 2022
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-fevral aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 944 732 147 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 1 000 636 356 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 901 477 218 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 521 177 064 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 327 618 000 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 198 179 111 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 161 026 838 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 34 433 412 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 28 130 749 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 1 944 732 147 |
| 2 | CPM-İnvest | 1 000 636 356 |
| 3 | ABB-İnvest | 901 477 218 |
| 4 | Unicapital | 521 177 064 |
| 5 | AzFinance | 327 618 000 |
| 6 | BTB Kapital | 198 179 111 |
| 7 | Xalq Kapital | 161 026 838 |
| 8 | PSG Kapital | 34 433 412 |
| 9 | İnvest-Az | 28 130 749 |
| 10 | MFX Trading | - |
| 11 | Plato Capital and Co. | - |