Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-fevral, 2018-ci il)

Maliyyə
  • 16 mart, 2018
  • 12:40
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-fevral, 2018-ci il)

Bakı. 16 mart. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-fevral ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb. 

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 186,735 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.

Növbəti yerlərdə 1 139,234 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 948,268 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 816,603 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 222,954 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 88,201 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

№İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1Unicapital1 186 734 665,04
2Paşa Kapital1 139 234 383,13
3İnvest-Az948 268 343,78
4AzFinance816 602 619,31
5Xalq Kapital222 954 014,42
6PSG Kapital88 201 199,10
7Kapital Menecment-

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.