Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2023)
- 07 sentyabr, 2023
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 10 milyard 402 milyon 327 min 171 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 2 milyard 832 milyon 686 min 092 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 2 milyard 664 milyon 489 min 563 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 2 milyard 111 milyon 192 min 913 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 799 milyon 134 min 536 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 1 milyard 539 milyon 682 min 009 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 826 milyon 295 min 634 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 415 milyon 916 min 739 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 188 milyon 469 min 125 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 91 milyon 100 min 253 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 380 min manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 10 402 327 171 |
| 2 | ABB-İnvest | 2 832 686 092 |
| 3 | CPM-İnvest | 2 664 489 563 |
| 4 | Unicapital | 2 111 192 913 |
| 5 | Assist Finance | 1 799 134 536 |
| 6 | AzFinance | 1 539 682 009 |
| 7 | Capital Partners | 826 295 634 |
| 8 | Xalq Kapital | 415 916 739 |
| 9 | İnvest-Az | 188 469 125 |
| 10 | PSG Kapital | 91 100 253 |
| 11 | MFX Trading | 380 000 |
| 12 | Troni | - |