Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2022)
- 06 sentyabr, 2022
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 5 milyard 539 milyon984min 164 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3milyard 263 milyon106 min 316 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 milyard 904milyon 225 min 156 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 983 milyon563 min103 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 927milyon 478 min241 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 517milyon 424 min786 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 404milyon 844 min837 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 125 milyon 900 min260 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 49milyon 620 min 766 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 5 539 984 164 |
| 2 | CPM-İnvest | 3 263 106 316 |
| 3 | ABB-İnvest | 1 904 225 156 |
| 4 | Unicapital | 983 563 103 |
| 5 | AzFinance | 927 478 241 |
| 6 | BTB Kapital | 517 424 786 |
| 7 | Xalq Kapital | 404 844 837 |
| 8 | PSG Kapital | 120 097 046 |
| 9 | İnvest-Az | 49 620 766 |
| 10 | MFX Trading | - |