Zelenski təhlükəsizlik və gəmiçilik məsələləri üzrə danışıqlar aparmaq üçün İstanbula gəlib

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 16:30
Zelenski təhlükəsizlik və gəmiçilik məsələləri üzrə danışıqlar aparmaq üçün İstanbula gəlib

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təhlükəsizlik, ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi və Qara dənizdə gəmiçilik məsələlərini müzakirə edəcək.

"Report" xəbər verir ki, Zelenski bu barədə İstanbula çatdıqdan sonra öz sosial şəbəkə səhifələrində bildirib.

"Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. Xalqlarımızın müdafiəsinin, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın və real diplomatik perspektivlərin gücləndirilməsi üçün çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələlər var", - o yazıb.

Bundan əlavə, səfər çərçivəsində Zelenskinin Ümumdünya Patriarxı Varfolomeylə görüşü planlaşdırılır.

44 filmi