Azərbaycandakı investisiya şirkətlərindən biri market-meykerliyə başlayır
- 16 sentyabr, 2016
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 19-dan “AzFinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 9 şirkətin səhmlərinin market-meykerliyinə başlayır. Bu barədə "Report"a BFB-dən bildirilib.
Birjanın İdarə Heyətinin qərarına əsasən, sözügedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 manat, alış-satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilib:
| No | Emitentin adı | Qiymətli kağızların ISIN nömrəsi | Market-meyker kotirovkasının minimal həcmi | Alış - satış kotirovkaları üzrə qiymət dəhlizi (spred) |
| 1 | "Cənubtikintiservis" ASC | AZ1001004691 | 5 000 manat | 5% |
| 2 | "Bakı ixtisaslaşdırılmış mexanizasiya-7" ASC | AZ1001000848 | 5 000 manat | 5% |
| 3 | "Bakı tikinti materialları" ASC | AZ1001000863 | 5 000 manat | 5% |
| 4 | "Bakıinşaatsənaye" ASC | AZ1001001564 | 5 000 manat | 5% |
| 5 | "AZENCO" ASC | AZ1001008452 | 5 000 manat | 5% |
| 6 | "Sumqayıt Çörək" ASC | AZ1001017230 | 5 000 manat | 5% |
| 7 | "Savalan" ASC | AZ1001012488 | 5 000 manat | 5% |
| 8 | "Avro-Asiya inşaat Korporasiyası EVRASCON" ASC | AZ1001000871 | 5 000 manat | 5% |
| 9 | "Dərnəgülsənayetikinti" ASC | AZ1001000376 | 5 000 manat | 5% |
BFB-nin ticarət qaydalarına əsasən, market-meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hazırda BFB-də market-meyker tərəfindən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.
Market-meyker kotirovkaları BFB-nin elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində (www.bfb.az/about-markets/market-meyker-kotirovkalari) dərc olunur.