Azərbaycanda törəməsi olan Gürcüstan bankı xalis mənfəətini 3 dəfə artırıb

Maliyyə
  • 16 may, 2022
  • 05:36
Azərbaycanda törəməsi olan Gürcüstan bankı xalis mənfəətini 3 dəfə artırıb

Gürcüstanın “TBC Bank”ı 2021-cui ili 842,945 milyon lari (480,479 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,5 dəfə çoxdur.

Ötən il “TBC Bank”ın vergiyəqədərki mənfəəti 962,223 milyon lari (548,467 milyon manat, illik müqayisədə 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 119,278 milyon lari (67,988 milyon manat, əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Bank”ın aktivləri 24 039,512 milyon lari (13 702,522 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur. Bunun 16 547,185 milyon larisi (9 431,895 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 13,4 % böyüyüb.

Hesabat dövründə “TBC Bank”ın öhdəlikləri 4,5 % artaraq 20 449,457 milyon lariyə (11 656,19 milyon manat), o cümlədən depozit portfeli 17,8 % artaraq 14 884,145 milyon lariyə (8 483,963 milyon manat), balans kapitalı isə 26,8 % artaraq 3 590,055 milyon lariyə (2 046,331 milyon manat) çatıb.

Xatırladaq ki, “TBC Bank” 1992-ci ildə yaranıb, Gürcüstanın aparıcı maliyyə holdinqi "TBC Group"a daxildir. Onun nizamnamə kapitalı 21,014 milyon laridir (11,978 milyon manat). Bank Azərbaycanda da fəaliyyət göstərir və ölkəmizdə, 100 % təsisçisi olduğu “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilə təmsil olunur.

1 lari = 0,57 manat