Sosial və işsizlikdən sığorta haqları üzrə proqnoz artıqlaması ilə icra olunub

Maliyyə
  • 13 aprel, 2022
  • 10:12
Sosial və işsizlikdən sığorta haqları üzrə proqnoz artıqlaması ilə icra olunub

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 047,4 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 35,3 milyon manat təşkil edib. 

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 

Onun sözlərinə görə, bunlar proqnozlara nisbətən müvafiq olaraq 109 % və 112,3 %-dir.