Azərbaycanda sosial mənzillərin 70 %-i ipoteka krediti ilə alınıb
- 09 mart, 2022
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin təxminən 70 %-nin satışı İpoteka, Kredit və Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.
"Report"un xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Sənədə əsasən, 2017-2021-ci illərdə ayrılan vəsaitlər də nəzərə alınmaqla, MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi həcmi 155 milyon manat təşkil edib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Güzəştili ipoteka krediti üzrə maksimal məbləğ 100 min manat təşkil edilir. Kredit 30 il müddətinə, illik 4 %-lə verilir. İlkin ödənişə minimal tələb 10 % həddində müəyyən olunub.