Azərbaycanda qeyri-həyat sığortası bazarı 8 %-dən çox böyüyüb

Maliyyə
  • 01 noyabr, 2025
  • 16:14
Azərbaycanda qeyri-həyat sığortası bazarı 8 %-dən çox böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 4,5 % artaraq 199,233 milyon manata çatıb.

Beləliklə, 9 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 41,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti