Azərbaycanda pul bazası 14 %-ə yaxın artıb

Maliyyə
  • 01 iyul, 2026
  • 17:10
Azərbaycanda pul bazası 14 %-ə yaxın artıb

Bu il iyulun 1-nə Azərbaycanda pul bazası 24 milyard 381,2 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,1 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 8,5 %, son 1 ildə isə 13,6 % artıb.